Qəbizlik problemi yaşayan insanlar üçün ən maraqlı mövzulardan biri də, “qarin acmaq ucun ne etmeli?” sualının cavabıdır. Həqiqətən də, qarın açmaq üçün nə etməli sualı həm evdə qəbizliyin müalicəsi üçün çarə axtaranlar, həm də müxtəlif bağırsaq problemlərindən əziyyət çəkənlər üçün maraqlı suallardan biridir. Bu səbəbdən biz də bu yazımızda qebizlik ucun ne etmeli, boyuk bayira cixmaq ucun ne etmeli və qəbizliyi aradan qaldırmaq üçün nə etməli suallarına cavab verəcəyik.
Qəbizlik Nədir?
Qəbizlik (mediki terminlərlə konstipasiya) bağırsaqların normal iş rejimindən çıxması və ya nəcisin sərtləşməsi nəticəsində onun ifraz edilməsinin çətinləşməsidir. Qəbizlik çox vaxt müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxır. Lakin lifli qidaların az istehlakı, yetərli miqdarda su içməmək və hərəkətsiz həyat rejimi də qəbizliyə səbəb olur. Qəbizlik qısa müddətli ola bilər və ya uzun müddət davam edən (xroniki) bir problem halına gələ bilər. Nə qədər müddət davam etdiyindən asılı olmayaraq qəbizlik problemi yaşayan hər bir insan qarin acmaq ucun ne etmeli sualı ilə maraqlanır.
Qəbizliyin Əlamətləri

Qarin acmaq ucun ne etmeli sualının cavabı, bir növ qəbizlik zamanı hansı əlamətləri yaşadığınızla da əlaqəlidir. Qəbizliyin əlamətləri:
- Defeksiya (böyük bayra çıxmaq) sayının həftədən 3 dəfədən daha az olması
- Defeksiya zamanı ağrı və sancı hiss etmək
- Mədədə qaz sancısı və ya ağrı yaşamaq
Qəbizliyin Səbəbləri: Qəbizlik Niyə Meydana Gəlir?

Qəbizliyin ən böyük səbəbi, maye və lifli qidaların həddindən az istehlak olunmasıdır. Əlavə olaraq hərəkətsiz həyat tərzi də qəbizliyə səbəb olur. Aşağıdakı hallar da qəbizliyin səbəbləri arasındadır:
- Kifayət qədər lif qəbul etməmək
- Az su içmək və ya maye çatışmazlığı
- Hərəkətsiz həyat tərzi və fiziki fəaliyyətin olmaması
- Düzənsiz tualet vərdişləri
- Stress və narahatlıq
- Bəzi dərmanlar (ağrıkəsicilər, antidepresanlar, dəmir preparatları və s.)
- Hormonal dəyişikliklər (hamiləlik, tiroid problemləri və s.)
- Həzm sistemi xəstəlikləri (qıcıqlanmış bağırsaq sindromu, bağırsaq tıxanıqlığı və s.)
- Yaşlılıq və yaşlanma ilə əlaqədar bağırsaq hərəkətlərinin yavaşlaması,
- Aşağı kalorili və ya balanssız pəhrizlər.
Qarin Acmaq Ucun Ne Etmeli?
Qəbizlik haqqında ilkin məlumatları verdikdən sonra, qarin acmaq ucun ne etmeli sualının cavabını verməyə başlaya bilərik. Qarın açmaq üçün və ya qəbizlik müalicəsi üçün ilkin növbədə həyat tərzi dəyişikliklərinə getməlisiniz. Gün ərzində fiziki fəaliyyəti artırmaq bağırsaq hərəkətlərini balanslamaq və qəbizliyi aradan qaldırmaq üçün faydalı olacaq. Əlavə olaraq alma (qabığı ilə birlikdə), armud, limonlu su, spanaq, kətan toxumu və portağal kimi nəcisi yumşaldan qidalar istehlak etmək də qəbizliyi aradan qaldıra bilər.
Qarin acmaq ucun ne etmeli sualının ən dəqiq cavabı isə, lifli qidaların daha çox istehlak edilməsində gizlidir. Liflə zəngin qidalar arasında alma, armud, kök, kartof (qabığı ilə birlikdə), tam buğda çörəyi və mərcimək kimi asanlıqla tapılan qidalar var. Bu qidalar həzmə kömək edir, toxluq hissi yaradır və sağlamlığı dəstəkləyir. Gündəlik yeməklərdə bu qidalara yer vermək çox faydalıdır.
Boyuk Bayira Cixmaq Ucun Ne Etmeli?

Qəbizliyi aradan qaldırmaq üçün bütün üsulları istifadə edən lakin effektiv nəticə ala bilməyən insanlar üçün ən maraqlı suallardan biri də, boyuk bayira cixmaq ucun ne etmeli sualıdır. Qəbizlik zamanı böyük bayıra çıxmağı asanlaşdırmaq üçün aşağıdakı üsulları sınaya bilərsiniz:
- Daha çox su için: Gündəlik ən az 1.5-2 litr su qəbul etmək bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
- Təbii laksativlərdən istifadə edin: Gavalı və gavalı suyu qəbizliyin aradan qaldırılmasında təsirli ola bilər.
- Qarnınıza masaj edin: Qarın nahiyəsini saat istiqamətində yüngülcə masaj etmək bağırsaqların hərəkətini asanlaşdıra bilər.
- Probiotiklər qəbul edin: Qatıq, yoqurt və ya probiotik əlavələr bağırsaq mikroflorasını yaxşılaşdıraraq qəbizliyi azalda bilər.
Bütün bu üsullar qəbizliyi aradan qaldırmaq və boyuk bayira cixmaq ucun ne etmeli sualınıza cavab tapmaq üçün effektivdir.
Usaqlarda qebizlik mualicesi
Uşaqlarda qəbizliyin müalicəsində qidalanma və həyat tərzinin tənzimlənməsi əsas rol oynayır. İlk növbədə, uşağın qidalanmasına lif və probiotiklə zəngin qidalar əlavə edilməlidir. Məsələn, inək südü yerinə keçi südü seçilə bilər, bu, bəzi uşaqların həzm sistemini yüngülləşdirə bilər. Tam buğda çörəyi, bulqur plovu, quru meyvələr (gavalı, ərik) və bu meyvələrdən hazırlanan yeməklər bağırsaq hərəkətlərini artırmağa kömək edir. Bağırsaq florasını yaxşılaşdırmaq üçün evdə hazırlanmış qatıq, kefir və qatıq şorbası kimi qidalardan istifadə etmək də təsirlidir. Meşə meyvələri və lifli tərəvəzlər (kök, balqabaq) mütləq menyuya daxil edilməlidir.
Bundan əlavə, uşağın hərəkətliliyini artırmaq çox vacibdir. Uşağı aktiv oyunlara cəlb etmək bağırsaq fəaliyyətini stimullaşdıracaq və usaqlarda qebizlik mualicesi üçün faydalı olacaqdır. Şəkərli məhsulları, qazlı içkiləri, qəhvə və qara çayı menyudan çıxarmaq qəbizlik riskini azaldır. Həmçinin, uşağın kifayət qədər su qəbul etdiyinə əmin olmaq vacibdir. Əgər bu tədbirlər qəbizliyi aradan qaldırmazsa və ya narahat edici simptomlar (qarın ağrısı, qanlı nəcis) müşahidə olunarsa, pediatrla məsləhətləşmək lazımdır.
Hamilelikde Qebizlik Zamanı Nə Etməli?

Hamilelik dövründə qəbizlik çox yayılmış bir problemdir. Hamilelikde qebizlik hormonal dəyişikliklər, böyüyən qarın və bədənin fiziki vəziyyətindəki dəyişikliklər səbəbi ilə meydana gəlir . Progesteron hormonunun artması bağırsaq əzələlərini yumşaldaraq bağırsaq hərəkətlərini yavaşladır, bu da nəcisin sərtləşməsinə səbəb ola bilir. Həmçinin, böyüyən qarnın bağırsaqlara təzyiqi həzm sisteminin normal işini çətinləşdirə bilər.
Hamilelikde qebizlik zamani ne etmeli sualının cavabı isə xüsusi önəm daşıyır. Hamiləlik zamanı qəbizliyin müalicəsi üçün yuxarıda verdiyimiz tövsiyyələrə əməl oluna bilər. Burada diqqət etməli məqam odur ki, hamiləlik zamanı qəbizliyi müalicə etmək üçün bişməmiş tərəvəz və meyvələr yeməkdən qəti şəkildə uzaq olunmalıdır. Əlavə olaraq xüsusi bitki çaylarından həkiminizin rəyi olmadan istifadə etməməlisiniz.
Korpelerde Qebizlik Zamanı Nə Etməli?

Korpelerde qebizlik, xüsusən də yeni qidalara başlama dövründə tez-tez rastlanan bir problemdir. Valideynlər bu məqamda korpelerde qebizlik zamani ne etmeli sualının cavabı ilə çox maraqlanırlar.
Körpənin mədəsi və bağırsaqları hələ tam inkişaf etmədiyi üçün, yavaş bağırsaq hərəkətləri və zorlanma normaldır, amma bu, həmişə qəbizlik demək deyil. Körpələrdə qəbizlik, qatqılı qidalarla yanaşı, bəzən həddindən artıq süd istehlakı ilə əlaqədar ola bilər.
Korpelerde qebizlik zamani ne etmeli?
- İlıq suya oturtmaq: Körpəni 5-10 dəqiqə ilıq suda oturtmaq əzələlərin rahatlamasına və qəbizliyin aradan qaldırılmasına kömək edir.
- Mevye suyu vermək: 4 aylıq və daha böyük uşaqlara alma, armud, şaftalı və quru gavalı suyu verə bilərsiniz. Bu təbii şirələr qəbizliyi aradan qaldırmaq üçün faydalıdır.
- Masaj: Körpənin qarnına yüngülcə masaj etmək bağırsaq fəaliyyətlərini yaxşılaşdıraraq qəbizliyin aradan qaldırılmasına kömək edir.
Unutmamaq lazımdır kİ, körpələrdə qəbizlik diqqət edilməli olan bir problemdir. Bu səbəbdən hər hansı bir metoda əl atmazdan əvvəl həkimə müraciət etmək çox vacibdir.
Qəbizliyin Müalicəsi
Qebizliyin mualicesi, gündəlik qidalanma vərdişlərini dəyişdirmək və bağırsaq sağlamlığını bərpa etməkdən asılıdır. Qəbizliyi müalicə etmək üçün aşağıdakı yanaşmalar tətbiq oluna bilər:
- Qəbizliyə səbəb olan reseptli və ya reseptsiz dərmanlar, həkimin tövsiyəsi ilə dayandırıla bilər və ya doza tənzimlənə bilər.
- Bağırsaq hərəkətlərini tənzimləyən əzələlərlə bağlı problemlər varsa, əzələləri bərpa etmək üçün müxtəlif müalicələrdən istifadə oluna bilər.
- Qəbizliyin müalicəsi üçün həkim göstərişi əsasında dərman müalicəsinə başlanıla bilər.
Qarin Acmaq Ucun Evde Ne Etmeli?
Bu yazıda qəbizlik zamanı qarin acmaq ucun evde ne etmeli sualının cavablarını verdik. Hər nə qədər təbii bir çox yolu sizinlə bölüşsək də, qəbizliyin müəyyən xəstəliklərin əlamətlərindən biri olduğunu da bilməlisiniz. Bu səbəbdən qəbizliyi gözünüzdə kiçiltməməli və qəbizlik halları zamanı həkimə müraciət etməlisiniz.
Qarin acmaq ucun tebii qidalar hansılardır?
Qarın açmaq üçün təbii qidalar arasında liflə zəngin meyvələr (alma, armud, gavalı), tərəvəzlər (ispanaq, brokoli), yulaf, buğda kəpəyi və tam buğda çörəyi yer alır.
Qarin acmaq ucun tebii caylar hansilardir?
Qarın açmaq üçün təbii çaylar arasında nane çayı, zəncəfil çayı və şüyüd çayı faydalıdır, çünki bunlar bağırsaq hərəkətlərini təşviq edir.
Qarin acmaq ucun ne etmeli?
Qarın açmaq üçün bol su içmək, liflə zəngin qidalarla qidalanmaq, fiziki aktivlik göstərmək və bağırsaq hərəkətlərini stimullaşdırmaq məqsədilə təbii çaylar içmək tövsiyə olunur.