D Vitamini Nədir?
Vitamin D3 və ya D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. D vitamini yağda həll olan bir vitamindir. Vitamin D-nin əsas funksiyası, orqanizmdə kalsium və fosforun sorulmasını tənzimləmək, sümük və diş sağlamlığını dəstəkləməkdir. Bununla yanaşı D vitamininin faydalari çoxdur. İmmunitet sisteminin gücləndirilməsindən saç sağlamlığına qədər D vitamininin faydalarını saymaq olar.
Bu yazımızda D3 vitamini, en yaxsi D vitamini, boyukler ucun D vitamini, vitamin D çatışmazlığı, boyuklerde vitamin D catismamazligi kimi bir çox mövzuya toxunacağıq.
Vitamin D3 Nə Üçün Vacibdir?

Yazımızın əvvəlində də bəhs etdiyimiz kimi, vitamin D faydalari çoxdur. Vitamin D3, orqanizmin təxminən 2,000-dən çox geninin tənzimlənməsində iştirak edir və bir çox kritik bioloji funksiyanı yerinə yetirir. Əsasən günəş işığının təsiri ilə dəridə sintez olunur və kalsium-fosfor metabolizmasını tənzimləyərək sümük və diş sağlamlığını dəstəkləyir. Bundan əlavə, D3 vitamini immunitet sisteminin fəaliyyətini artırır, ruhi vəziyyətə müsbət təsir edir və bədəndə hüceyrələrin normal funksiyasını təmin edir.
Tədqiqatlar göstərir ki, D3 vitamini yalnız sümük və əzələ sağlamlığını dəstəkləmir, eyni zamanda immuniteti gücləndirərək infeksiyalara qarşı müdafiəni artırır. Vitaminin hüceyrə səviyyəsində genləri tənzimləmə qabiliyyəti, xərçəngə səbəb olan genlərin aktivliyini azaltmaq və immuniteti qoruyan genləri aktivləşdirmək kimi faydaları ilə diqqət çəkir. Bununla yanaşı, D3 vitamini, qan şəkəri səviyyəsinin tənzimlənməsinə, qan təzyiqinin aşağı salınmasına və ürək sağlamlığının qorunmasına da kömək edir.
D Vitamini Faydalari

D vitamini insan orqanizmində əhəmiyyətli dərəcədə rol oynadığı üçün D vitamininin faydalarını saymaqla bitməz. Vitamin D3 faydaları:
- Sümük və dişləri gücləndirir.
- İmmuniteti artırır.
- Xərçəng riskini azaldır.
- Qan şəkərini tənzimləyir.
- Qan təzyiqini normallaşdırır.
- Ürək sağlamlığını qoruyur.
- Ruh halını yaxşılaşdırır.
- Əzələ gücünü artırır.
- Enerjini yüksəldir.
- Dərini sağlam saxlayır.
- Autoimmün xəstəliklərdən qoruyur.
- İltihabı azaldır.
- Saç tökülməsini azaldır.
- Uşaqların sağlam böyüməsinə kömək edir.
- Menopoz dövründə sümük sağlamlığını dəstəkləyir.
- Yaraların daha tez sağalmasına kömək edir.
- Hormon balansını qoruyur.
- Çəki idarəsini asanlaşdırır.
- Sinir sistemini gücləndirir.
Vitamin D Çatışmazlığının Səbəbləri

Vitamin D hər nə qədər vacib bir vitamin olsa da, çox insan vitamin d catismamazligi çəkir. Hal-hazırda dünyada 1 milyarddan artıq insanda vitamin D çatışmazlığı mövcuddur. Bu isə ağıllara vitamin d catismazliginin sebebleri sualını gətirir.
- Günəş İşığı Almamaq: Günəş işığı, D vitaminini artıran ən vacib qaynaqlardan biridir. Çox sayda insan, uzun müddət qapalı məkanlarda qalır və ya günəş qoruyucu vasitələrdən istifadə edərək günəş işığından məhrum olur. Xüsusilə qış aylarında günəşin D vitamini istehsalı üçün kifayət qədər miqdarda olması çətinləşir.
- Tünd Dəri Rəngi: Tünd rəngli dərili insanlar, daha açıq dəri tonlarına sahib olanlara nisbətən eyni miqdarda günəş işığına məruz qalsalar belə, daha az D vitamini istehsal edirlər. Melanin maddəsi, bu insanlarda günəşin ultrabənövşəyi işığını bloklayaraq D vitamini istehsalını azaldır.
- Günəş Kremi İstifadəsi: Yüksək SPF dərəcəli günəş qoruyucusu istifadə edən insanlar, dərilərinə gələn günəş işığının çoxunu blokladığı üçün D vitamini istehsalını əngəlləyir.
- Yaş: Yaşla əlaqədar olaraq dərinin D vitamini istehsal etmə qabiliyyəti azalır.
- Həddindən Artıq Çəki və Hamiləlik: Hamiləlik dövründə və ya artıq çəki vəziyyətində, bədənin D vitamini ehtiyacı artır. Bu ehtiyacın bədən tərəfindən qarşılana bilməməsi D vitamini əskikliyinə səbəb olur.
D Vitamini Çatışmazlığının Əlamətləri

D vitamini catismazligi elametleri gözlə görülə bilən və hiss oluna bilən əlamətlərdir. D vitamini catismamazligi elametleri özünü müəyyən əlamətlərlə biruzə verir.
Boyuklerde vitamin d catismamazligi elametleri:
- Əzələ Zəifliyi və Ağrıları: D vitamini çatışmazlığı, əzələ zəifliyinə və əzələlərdə ağrıya səbəb olur.
- Kəskin Yorğunluq və Halsızlıq: Vitamin D çatışmamazlığı, uzun müddət davam edən yorğunluğa və ümumi halsızlıq vəziyyətinə səbəb ola bilər.
- Oynaqlarda və Sümük Ağrıları: Əgər D vitamini səviyyəsi çox aşağıdırsa, sümükdə ağrılar və oynaqlarda sərtlik hissi yaranır. Bu, xüsusilə bel, boyun və dizlərdə özünü göstərə bilər.
- Əsəbilik və Depressiya: D vitamini çatışmazlığı, ruh halı pozuntularına, xüsusilə depresyaya və təşvişə yol aça bilər.
- Üşümə: D vitamini səviyyəsinin aşağı olması, bədən istiliyinin tənzimlənməsində çətinliklərə səbəb olur.
- Saç Dökülməsi: D vitamini çatışmazlığı, dəri problemlərinə (məsələn, eqzama və dermatit) və saç dökülməsinə səbəb olur.
D Vitamini Səviyyəsi Nə Qədər Olmalıdır?
D vitamini səviyyəsi, yaşa, dəri rənginə, şəxsi sağlamlıq vəziyyətinə, günəşə maruz qalma müddətinə bağlı olaraq dəyişir. Mövcud D vitamini səviyyəniz, gündəlik almalı olduğunuz D vitamini səviyyəsini müəyyən edən əsas amildir.
Aşağıda gunluk d vitamini ehtiyaci barədə məlumatları sizə təqdim etdik.
- 30-100 ng / ml (75 nmol / L) arasındakı səviyyə kifayətdir
- 20-30 ng / ml (50-75 nmol / L) arasındakı səviyyə qeyri-kafidir
- 10-20 ng / ml (50 nmol / L) arasındakı səviyyə aşağı səviyyədə çatışmazlıq
- <10 ng / ml – > (25 nmol / L) səviyyə ciddi çatışmazlıq
D Vitamini Analizi Nece Verilir?
D vitamini analizi, bədəninizdəki D vitamini səviyyəsini müəyyən etmək üçün qan testi ilə aparılır. Bu test, 25-hidroksi vitamin D (25(OH)D) adlı metabolitinin qanınızdakı miqdarını ölçür. Bu metabolit, vücutta D vitamininin ən aktiv formasıdır və vitaminin səviyyəsini ən yaxşı göstərən göstəricidir.
Bakıda D vitamini analizi qiymeti 35-40 AZN aralığındadır. Vitamin D analizi qiymeti klinikadan-klinikaya fərqlilik göstərir.
Hamiləlik və Vitamin D3
Hamiləlik dönəmində D vitamini, həm ananın, həm də körpənin sağlamlığı üçün çox önəmlidir. Bu dövrdə D vitamini, əsasən sümük və diş inkişafı, immun sisteminin güclənməsi və ümumi sağlamlıq üçün tələb olunur.
Hamilə qadınlar üçün günlük D vitamini ehtiyacı təxminən 600 IU (15 mikroqram) olaraq müəyyən edilib. D vitamini, kalsiyum və fosforun əmilməsini artıraraq, körpənin düzgün sümük və diş inkişafını təmin edir. D vitamini həmçinin, hamiləlik zamanı ananın immun sistemini gücləndirir və infeksiyalara qarşı qoruyucu təsir göstərir.
Usaqlarda Vitamin D Catismamazligi

Uşaqlarda D vitamini çatışmazlığı, bədənlərinin düzgün inkişafı və sağlamlığı üçün kritik əhəmiyyət kəsb edən bir vəziyyətdir. D vitamini, əsasən sümük və dişlərin sağlam inkişafını təmin edən, həmçinin immun sistemini gücləndirən vacib bir vitamindir.
Uşaqlarda D vitamini çatışmazlığı, bir çox sağlamlıq probleminə yol aça bilər.
Uşaqlarda D vitamini çatışmazlığının əlamətləri:
- Raxitlik: Uşaqlarda D vitamini əskikliyi, raxitliyə səbəb olur. D vitamini sümük və oynaq inkişafını dəstəkləyən ən vacib vitamindir. Uşağın orqanizmində D vitamini əskikliyi olması sinə başda olmaqla bədənin bütün nahiyələrindəki sümüklərin deformasiyasına səbəb olur, bu isə raxitlik adlanır.
- Yavaş inkişaf: Uşaqlarda D vitamini əskikliyi inkişafı ləngidir.
- Sümük ağrıları və əzələ zəifliyi: Uşaqların bədənində ağrılar, xüsusən əzələlərdə zəiflik və sərtlik yaranır.
- Diqqət və davranış pozuntuları: Bəzi hallarda raşitizm uşağın davranışlarını da təsir edə bilər.
- Yuxusuzluq və yorğunluq: D vitamini çatışmazlığı olan uşaqlarda yuxu problemləri, tez-tez yorğunluq və huşsuzluq halları görülə bilər.
- Sümük və diş problemləri: Diş problemləri də usaqlarda d vitamini eskikliyi səbəbindən meydana gələn problemlərədn biridir.
Təbii Yolla D Vitaminini Artırmaq Mümkündür?
Bəli, təbii yolla D vitaminini artırmaq mümkündür. D vitamini əsasən üç yolla bədəndə təbii olaraq artırıla bilər: günəş işığı, qidalar və həyat tərzi dəyişiklikləri.
D vitamini təbii yolla müxtəlif qaynaqlardan əldə edilə bilər. Ən mühüm qaynaq isə günəş işığıdır, çünki dərimiz UVB şüaları vasitəsilə D vitamini istehsal edir. Bununla yanaşı, təbii qidalardan da D vitamini alınması mümkündür.
D Vitamini ilə Zəngin Qidalar

D vitamini ilə zəngin qidalar:
Qida | D Vitamini Miqdarı (IU) |
---|---|
Yağlı balıqlar | |
Somon | 570 IU (100 g) |
Skumbriya | 566 IU (100 g) |
Sardina | 272 IU (100 g) |
Tuna balığı | 236 IU (100 g) |
Qılınc balığı | 570 IU (100 g) |
Qırmızı ət və qaraciyər | |
Qırmızı ət (mal əti, qoyun əti) | 20-50 IU (100 g) |
Qaraciyər | 49 IU (100 g) |
Toyuq və digər ətlər | |
Toyuq ciyəri | 45 IU (100 g) |
Quzu ciyəri | 80 IU (100 g) |
Yumurta | 37 IU (1 ədəd sarı) |
Süd və süd məhsulları | |
Süd | 100 IU (1 stəkan) |
Pendir | 25-50 IU (100 g) |
Kərə yağı | 60 IU (1 xörək qaşığı) |
Qatıq | 10 IU (100 g) |
Göbələklər | |
Şitake göbələyi | 1,000 IU (100 g, UV ilə) |
Portobello göbələyi | 1,000 IU (100 g, UV ilə) |
Maitake göbələyi | 1,000 IU (100 g, UV ilə) |
Crimini göbələyi | 35 IU (100 g) |
Zənginləşdirilmiş qidalar | |
Zənginləşdirilmiş süt | 100 IU (1 stəkan) |
Zənginləşdirilmiş portağal suyu | 100 IU (1 stəkan) |
Zənginləşdirilmiş düyü | 100 IU (1 stəkan) |
Meyvələr | |
Portağal | 100 IU (1 stəkan) |
Yüksək Vitamin D Səviyyəsi Nələrə Səbəb Olur?
D vitamini eskikliyi kimi, D vitamininin yüksək olması da insan orqanizmi üçün təhlükəlidir. Yüksək D vitamini səviyyələri aşağıdakı sağlamlıq problemlərinə səbəb olur:
- Kalsiumun Həddindən Artıq Birləşməsi: Yüksək D vitamini səviyyəsi, bədənin kalsiumu daha çox udmasına səbəb ola bilər. Bu da kalsiumun qan dövranında yüksək səviyyədə olmasına gətirib çıxarır. Hiperkalsemiya (yüksək qan kalsiumu) olaraq bilinən bu vəziyyət, böyrək daşları, ürək problemləri və digər orqanların funksional pozulmasına səbəb ola bilər.
- Ürək və Damar Xəstəlikləri: Aşırı D vitamini, ürək və damar problemlərinin riskini artıra bilər. Kalsiumun çox olması qan damarlarının sərtləşməsinə və arterioskleroz (damarların sərtləşməsi) inkişafına səbəb ola bilər. Bu da hipertansiyon və digər ürək xəstəlikləri üçün zəmin yarada bilər.
- Həzm Sistemi Problemləri: Yüksək D vitamini səviyyələri mədə və bağırsaqlarda kalsium səviyyəsinin artmasına səbəb ola bilər. Bu, mədə ağrısı, qusma, ishal və iştahın azalması kimi simptomlara yol açır.
En Yaxsi D Vitamini Dermanlari

En yaxsi D vitamini dermanlari həkiminizin sizə təyin etdiyi dərmanlardır. Əslində, D vitaminləri dərman yox, qida qəbulu hesab edilirlər. Həkim mövcud vitamin D3 səviyyənizi yoxladıqdan sonra bədəninizin gündəlik nə qədər D vitamini əlavəsinə ehtiyacı olduğuna qərar verir.
Hal-hazırda Azərbaycanda ən çox istifadə olunan və en yaxsi D vitaminleri hesab olunan vitaminlər arasında Solgar D Vitamini, Devit 3, Depovit və Simbavit D3 məhsulları yer alır.
Depovit D3

Depovit qida əlavəsinin əsas aktiv maddəsi xolekalsiferol (Vitamin D3) olub, kalsium və fosfor mübadiləsini tənzimləyən bir maddədir və dəridə günəş şüaları ilə sintez olunur. Bu maddə, sümüklərin, skeletin və dişlərin düzgün inkişafını təmin edir. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların udulması, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini dəstəkləyərək antiraxitik təsir göstərir. Böyrəklərdə kalsium və fosfatların geri udulmasını tənzimləyir. Qandakı kalsium ionlarının səviyyəsini nəzarət altında saxlayaraq, skelet əzələlərinin normal tonusunu qoruyur, miokardın fəaliyyətini tənzimləyir, sinir impulslarının ötürülməsində iştirak edir və ATP (adenozin trifosfat) sintezini dəstəkləyir. Vitamin, qalxanabənzər ətraf vəzinin düzgün işləməsini təmin edir. Həmçinin, limfokinlərin istehsalına müsbət təsir edərək, qeyri-spesifik immunitetin inkişafında əhəmiyyətli rol oynayır.
Depovit D3 İstifade Qaydasi
Depovit D3 istifade qaydasi: 1,5-4 yaş arası uşaqlara gündə 1 dəfə 1 damla, 4-14 yaş arası uşaqlara isə gündə 1 dəfə 2 damla verilməsi tövsiyə olunur. 14 yaş və yuxarı böyüklər üçün isə gündə 1 dəfə 4 damla daxilə qəbul edilməlidir. Tövsiyə edilən gündəlik dozanı aşmayın. Digər dozalar və istifadə qaydaları üçün həkim məsləhəti ilə dəyişiklik edilə bilər.
Devit 3

Devit 3 həm həb, həm də damcı formasında satılan D vitaminidir. Digər D vitaminləri ilə eyni işləmə mexanizminə sahibdir. Devit 3 D vitamini əskikliyi zamanı qəbul edilir.
Devit 3 İstifade Qaydasi
Devit3 istifadə qaydası: 1,5-4 yaş arası uşaqlara gündə bir dəfə 1 damla, 4-14 yaş arası uşaqlara isə gündə bir dəfə 2 damla verilməsi tövsiyə olunur. 14 yaş və daha yuxarı yaşdakı böyüklər üçün gündə 1 dəfə 4 damla daxilə qəbul edilməlidir. Tövsiyə edilən gündəlik dozadan artıq qəbul etməyin. Fərqli dozalar və istifadə qaydaları üçün həkimlə məsləhətləşərək dəyişiklik edilə bilər.
Simbavit D3

Simbavit D3 uşaqlar üçün ideal bir D vitamini əlavəsidir. Simbavit siropu, uşaqlar üçün xüsusi olaraq hazırlanmış vitamin, mineral və bioloji aktiv maddələrdən ibarət kompleksdir. Siropun tərkibindəki vitamin və minerallar, uşaqların sağlam inkişafı və boy artımını dəstəkləmək üçün olduqca önəmlidir. Bu maddələrin miqdarı, gündəlik ehtiyaca uyğun olaraq tənzimlənmişdir. Bundan əlavə, siropun tərkibində uşağın immun sistemini gücləndirən unikal İmmunoaktiv kompleks mövcuddur: beta qlükan, vitamin C və sink. Simbavit siropunun tərkibindəki bu aktiv maddələr, böyüyən uşaq orqanizmi üçün həyati əhəmiyyət daşıyır və çox faydalıdır. Ayrıca, siropun xoş dadı vardır.
En ucuz D vitamini dermanlari arasında olan Simbavit D3, Bakıda 3-4 AZN aralığında tapıla bilər. Qiyməti və effektivliyi cəhətdən çox istifadə olunan bir vitamindir.
Simbavit D3 İstifade Qaydasi
Simbavit D3 nece istifade olunur deyə maraqlananlar üçün, Simbavit D3 istifade qaydasi təqdim edirik.
3-6 yaş arası uşaqlar üçün gündə 5 ml, 6 yaş və yuxarı fərdlər üçün isə gündə 10 ml olmaqla bir dəfə qəbul edilməlidir. Gündəlik məsləhət görülən dozanın artırılması tövsiyə edilmir. Ayrıca, sağlam pəhriz və qidalanma ilə birlikdə bu məhsul tam dəyərli qida əlavəsi kimi istifadə olunmamalıdır.