Cinsi elaqeden nece gun sonra hamilelik bilinir sualı, cinsi əlaqədə olan hər bir qadın və kişi üçün maraqlı bir sualdır. Hamiləlik bədəndə müxtəlif dəyişikliklərə səbəb olan bir prosesdir. Lakin bu proses sürətli olmur. Xüsusilə ilk həftələrdə hamiləliyin müəyyən olunması üçün döllənən yumurtaların yumurtalıqlara yerləşməsi və hormon dəyişikliklərinin başlaması lazımdır. Cinsi elaqedə olan və hamilə qalmaq istəyən cütlüklər hamilelik ne vaxt bilinir sualı ilə yaxından maraqlanırlar. Biz də bu yazımızda cinsi elaqeden nece gun sonra hamilelik bilinir sualını cavablamağa çalışdıq.
Cinsi Əlaqədən Neçə Gün Sonra Hamiləlik Bilinir?
![](https://saglamqal.com/wp-content/uploads/2025/01/Cinsi-Elaq%C9%99d%C9%99n-Nec%C9%99-Gun-Sonra-Hamil%C9%99lik-Bilinir_-1024x576.png)
Hamiləlik döllənən yumurtalığın yumurtalıqlara yerləşməsi ilə başlayır. Bundan sonra hamiləlik hormonu olaraq bilinən beta-HCG hormonları ifraz olunmağa başlayır. Beta-HCG hormonlarının ifrazı, hamiləliyin ilk əlamətidir. Cinsi əlaqədən və yumurtalığın döllənməsindən 10 gün sonra qanda beta-HCG hormonu görülməyə başlayır. Bu səbəbdən cinsi əlaqədən 14 gün sonra qanda hamiləlik testi elətdirmək olar. Hamiləlik testini menstruasiyadan 2 gün əvvəl elətdirmək lazımdır. Hamiləlik sidiyin analizində də bilinir. Lakin bu analiz daha gec nəticə verdiyi üçün tövsiyyə olunmur.
Hamilelik Ne Vaxt Bilinir?
![](https://saglamqal.com/wp-content/uploads/2025/01/Hamilelik-Ne-Vaxt-Bilinir_-1024x576.png)
Hamiləliyin baş verməsi üçün əvvəlcə yumurtalıqlardan bir yumurta sərbəst buraxılmalı, bu yumurta sperma ilə mayalanmalı və mayalanmış yumurta uterus divarına yapışmalıdır. Bu proseslərin hər biri müəyyən bir vaxt tələb edir:
- Yumurtlama: Normal menstrual dövrü olan qadınlarda yumurtlama adətən son menstruasiyanın ilk günündən 14 gün sonra baş verir.
- Mayalanma: Yumurtlama zamanı sərbəst buraxılan yumurta sperma ilə təxminən 24 saat ərzində mayalana bilər.
- Implantasiya (yerləşmə): Mayalanmış yumurta uterus divarına yapışana qədər hamiləlik baş vermir. Bu proses ümumiyyətlə mayalanmadan 6-12 gün sonra baş verir.
Bu mərhələlərdən sonra hamiləlik hormonlarının səviyyəsi artmağa başlayır. Bu hormon səviyyəsinin artması hamiləliyin müəyyən edilməsi üçün əsasdır.
Mayalanmadan Neçə Gün Sonra Hamiləlik Bilinir?
![](https://saglamqal.com/wp-content/uploads/2025/01/Mayalanmadan-Nec%C9%99-Gun-Sonra-Hamil%C9%99lik-Bilinir_-1024x576.png)
Mayalanmadan sonra hamiləliyin təsdiqlənməsi bir neçə amildən asılıdır:
- hCG hormonunun səviyyəsi: Hamiləlik testi bu hormonun səviyyəsini ölçür. Bu hormon yalnız implantasiya baş verəndən sonra istehsal olunur və qanda və sidikdə artmağa başlayır.
- Testlərin həssaslığı: Müasir hamiləlik testləri çox həssasdır və implantasiyadan təxminən 2-3 gün sonra hamiləliyi müəyyən edə bilir. Bu, ümumiyyətlə cinsi əlaqədən 10-14 gün sonra baş verir.
Bir çox qadın hamiləlik testini tez etmək istəsə də, nəticənin düzgün olması üçün implantasiya prosesinin başa çatmasını gözləmək vacibdir. Hamiləlik testi üçün ideal vaxt menstrual dövrün gecikməsindən sonra ilk günlərdir.
Evdə Hamiləlik Testi Ne Vaxt Edilməlidir?
![](https://saglamqal.com/wp-content/uploads/2025/01/Evd%C9%99-Hamil%C9%99lik-Testi-Ne-Vaxt-Edilm%C9%99lidir_-1024x576.png)
Evdə hamiləlik testi aparmaq istəyən qadınlar aşağıdakıları nəzərə almalıdır:
- Testin dəqiqliyi: Hamiləlik testləri menstrual dövrün gecikməsindən sonra daha dəqiq nəticə verir.
- Gecikmənin əhəmiyyəti: Menstruasiya gecikdikdən 1-2 gün sonra edilən testlər adətən doğru nəticə verir.
- Həssaslıq: Müasir testlər yüksək həssaslıq göstəricilərinə malikdir və menstruasiyanın gecikməsindən əvvəl də hamiləliyi müəyyən edə bilər.
Evdə edilən testin nəticəsi mənfi olarsa, bir neçə gün sonra yenidən test aparmaq tövsiyə olunur. Əgər nəticə müsbətdirsə, bunu təsdiqləmək üçün həkimə müraciət etmək vacibdir.
Hamilelik Elametleri: İlk Həftə
![](https://saglamqal.com/wp-content/uploads/2025/01/Hamilelik-Elametleri_-Ilk-H%C9%99ft%C9%99-1024x576.png)
Cinsi elaqeden nece gun sonra hamilelik bilinir sualını ətraflı formada cavabladığımıza görə, hamilelik elametleri ilə bağlı danışmağa başlaya bilərik. Hamiləlik əlamətləri artıq qadında hamiləliyin ilkin siqnallarının görüldüyü əlamətlərdir.
Hamileliyin ilkin elametleri qadından-qadına dəyişə bilər. Hamilelik nece gunde bilinir sualının cavabını axtaran və hənüz menstruasiya dövrü başlamamış olan qadınların bilməli olduğu ilkin hamilelik elametleri aşağıdakılardır:
- Ürəkbulanma
- Sinə həssaslığı və ağrısı
- Yorğunluq
- Yüngül qanaxma və ya ləkələnmə (implantasiya qanaxması)
- Qoxulara qarşı həssaslıq
- Qarın ağrısı
- Emosional dəyişikliklər
- Baş ağrısı
- Qəbzlik
Hamileliyin ilkin elametleri özünü gecikmiş menstruasiya ilə də göstərə bilər. Əgər menstruasiyada gecikmə varsa, hamiləlik ehtimalını nəzərdən keçirmək olar.
1 Həftəlik Hamilə Olduğumu Necə Başa Düşə Bilərəm?
“1 heftelik hamilelik elametleri” sualının cavabı bir çox qadın üçün maraqlıdır. Lakin onu demək lazımdır ki, 1 həftə hamiləlik əlamətlərinin görülməsi üçün çox tez bir vaxt aralığıdır. Xüsusilə də menstruasiya gecikməsindən dərhal sonra edilən hamiləlik testlərinin doğruluq ehtimalı azdır. İlk 1 həftədə qadın bədəni hamiləlik hormonu ifraz etməyə bilər. Lakin bu vaxt aralığında belə qadınlar sinə həssaslığı və ya ağrısı hiss edə bilərlər. Bununla belə, hamiləliyin dəqiq bilinməsi üçün 14 gün gözləmək və hamilelik testi etdirmək lazımdır.
Aybasidan Evvel Hamilelik Elametleri
Menstruasiyadan əvvəl hamiləlik əlamətləri arasında menstruasiyanın gecikməsi, səhərlər ürəkbulanma, sinədə həssaslıq və ya şişlik, baş gicəllənməsi, yorğunluq və emosional dəyişikliklər yer alır.
Hamilelik Testinde İkinci Xett Solgun
Əgər hamilelik testinde ikinci xett solgundursa testin düzgün aparılmadığından əmin ola bilərsiniz. Əgər hamilelik testinde ikinci xett solgun görünürsə, testi təkrar etməlisiniz. Əgər yenə eyni problemi yaşayırsınızsa, o zaman həkimə müraciət edə bilərsiniz.
Hamilelik testinde solgun xett çıxmasının səbəbləri arasında testi vaxtından əvvəl etdirmək, testi səhv tətbiq etmək, döllənmənin gec olması, test cihazının həssaslığının az olması, hamiləliyin yeni olması və ya buxarlanma problemləri yer alır.